Giriş

CFD (“Contract for Difference”) — yəni fərq üzrə müqavilə deməkdir. CFD-lər törəmə maliyyə alətlərinin bir formasıdır və hər bir CFD öz dəyərini əsas (baza) aktivin qiymət hərəkətindən əldə edir. Bu alətlər treyderlərə həmin əsas aktivə faktiki sahib olmadan onun qiymət dəyişiklikləri üzrə ticarət aparmağa imkan verir.

Treydlər CFD-lərlə ticarət etməyi seçdikdə, bu, onların özləri ilə broker arasında bağlanan müqavilə çərçivəsində fəaliyyət göstərdikləri anlamına gəlir. Treyder (“alıcı”) və maliyyə brokeri (“satıcı”) bazar şəraitində müəyyən bir aktivin qiyməti üzərində spekulyasiya aparmağı nəzərdə tutan müqavilə bağlayırlar. CFD-nin əsasını təşkil edən maliyyə aləti səhm, səhm indeksi, valyuta, əmtəə və ya kriptovalyuta ola bilər.

CFD ticarətinin başa düşülməsi: Kredit çiyni və onun işləmə prinsipi

CFD-lər kredit çiyni vasitəsilə ticarət olunur; bu isə o deməkdir ki, treyder daha kiçik ilkin kapital ilə ticarət əməliyyatına daxil ola bilər. CFD ticarəti zamanı əsas aktiv (məsələn, fiziki səhm, valyuta cütlüyü və ya əmtəə) faktiki olaraq alınmır və ya satılmır. Bunun əvəzinə treyder qiymətlərin artacağını və ya azalacağını proqnozlaşdıraraq müəyyən maliyyə aləti üzrə müəyyən sayda vahid alır və ya satır.

CFD-lərdən istifadənin üstünlükləri

CFD-lərdən istifadənin əsas üstünlüklərindən biri treyderlərə geniş ticarət imkanları təqdim etməsidir. Hansı bazar və ya aktiv sinfi ilə maraqlanmağınızdan asılı olmayaraq, böyük ehtimalla həmin sahə üzrə CFD ticarəti imkanları mövcuddur. Nümunə olaraq aşağıdakıları göstərmək olar:

  • Ayrı-ayrı səhmlər
  • Forex (valyuta bazarı)
  • Səhm indeksləri
  • Əmtəələr (metallar, enerji resursları və s.)
  • İstiqrazlar
  • Opsionlar
  • Kriptovalyutalar

CFD ticarəti treyderlərə müxtəlif maliyyə bazarlarına çıxış əldə etməyə və fərqli aktivlər üzrə qiymət dəyişikliklərindən faydalanmağa imkan verir.

 CFD-lər kredit çiyni istifadə edilən maliyyə alətləridir. kredit çiyni ilə ticarət mövqe açarkən brokerdən borc kapitalından istifadə etməyi nəzərdə tutur. Bu isə o deməkdir ki, mövqe açmaq üçün əməliyyatın ümumi dəyərinin yalnız kiçik bir faizini depozit kimi yatırmaq kifayətdir.

Bu proses marja ilə ticarət və ya marja tələbi adlanır. Marja ilə ticarət potensial gəlirlərin artırılmasına imkan versə də, eyni zamanda mümkün zərərlərin də artmasına səbəb olur, çünki qazanc və zərərlər mövqenin tam dəyəri əsasında hesablanır. 

Bəzi hallarda treyderlər investisiya strategiyalarının bir hissəsi kimi minimal kapital ilə daha böyük bazar ekspozisiyası əldə etmək məqsədilə kredit çiyni istifadə etməyi seçə bilərlər. Kredit çiyni treyderin yatırdığı kapitalın müəyyən qatları şəklində tətbiq olunur; məsələn, 2x, 5x və ya daha yüksək. Bu halda broker həmin məbləği müəyyən edilmiş nisbət üzrə treyderə təqdim edir.

Kredit çiyni həm alış (long), həm də satış (short) mövqelərinə tətbiq oluna bilər. Qeyd etmək vacibdir ki, bu halda həm mənfəət, həm də zərər tətbiq olunan kredit çiyninin səviyyəsinə uyğun olaraq artır (çoxalır). 

CFD-lər üzrə marja ilə ticarət adətən ənənəvi ticarət üsulları ilə müqayisədə daha yüksək kredit çiyninin təqdim edir. CFD bazarında standart kredit çiyninin marja tələbinin təxminən 2%-dən başlayaraq 20%-ə qədər dəyişməsi ilə xarakterizə olunur.

Daha aşağı marja tələbləri treyderin daha az kapital qoyuluşu ilə ticarət aparmasına imkan verir və bu da potensial gəlirlərin daha yüksək olmasına şərait yarada bilər. Bununla yanaşı, yüksək kredit çiyni səviyyəsi risklərin də artmasına səbəb ola bilər. 

CFD ticarəti treyderə müəyyən bir maliyyə alətinin qiymətinin azalacağını düşündüyü halda onu satmaq (short mövqe açmaq) imkanı verir. Bu strategiyanın məqsədi qiymətin gözlənilən enişindən mənfəət əldə etməkdir.

Əgər treyderin proqnozu doğru çıxarsa, o, həmin maliyyə alətini daha aşağı qiymətə geri ala və beləliklə mənfəət əldə edə bilər. Əks halda, yəni qiymət artarsa, bu zaman aparılan əməliyyat üzrə zərər yaranacaqdır.

CFD-lər əsasən birjadankənar bazarda (OTC – Over-the-Counter) brokerlər şəbəkəsi vasitəsilə ticarət olunur. Bu brokerlər CFD bazarında tələb və təklifi təşkil edir və qiymətləri buna uyğun şəkildə formalaşdırırlar.

Başqa sözlə, CFD-lər ənənəvi böyük birjalarda ticarət olunmur. Məsələn, New York Stock Exchange (NYSE) kimi iri birjalarda CFD əməliyyatları həyata keçirilmir.

CFD, müştəri ilə broker arasında bağlanan və ticarətin açıldığı qiymətlə bağlandığı vaxtdakı qiymət arasındakı fərqin mübadiləsini nəzərdə tutan ticarət edilə bilən müqavilədir. Bu müqavilə çərçivəsində tərəflər aktivin özünü deyil, yalnız onun qiymət fərqini hesablaşırlar.

Çox vaxt CFD əməliyyatlarının müəyyən edilmiş son istifadə müddəti yoxdur, yəni CFD müqaviləsinin müddəti limitsizdir. Bir mövqe yalnız əks istiqamətdə əməliyyat açıldıqda bağlanır; məsələn, 100 ədəd gümüş CFD-ni yalnız sataraq alışı bağlaya bilərsiniz.

CFD-lər standartlaşdırılmış müqavilələr (lotlar) şəklində ticarət olunur. Fərdi müqavilənin həcmi ticarət edilən əsas aktivə görə dəyişir və çox vaxt həmin aktivin bazarda necə ticarət olunduğunu əks etdirir. 

CFD ticarəti və səhm ticarətinin fərqli xüsusiyyətlər

CFDsStock
Kredit çiyni ilə ticarət etmək Səhmlərin tam dəyərini əvvəlcədən ödəmək
Alış  və ya satış mövqeləri açmaq Satışın daha mürəkkəb olması
Səhmlərə sahib olmamaqSəhmlərə sahib olmaq
Çox saylı bazarlarSəhmlər and ETF- lər
Spred və RolloverKomissya
Səs hüququ olamamasıSəs hüququna malik olmaq
OTCBirjalarda ticarət etmək
Son istifadə tarixinin olmamasıSon istifadə tarixinin olmaması

Fiziki portfelinizi CFD ticarəti ilə hedcləmək

Əgər siz artıq fiziki səhmlərdən ibarət mövcud portfelə investisiya etmisinizsə və onların qısa müddətli dövrdə dəyər itirəcəyini düşünürsünüzsə, CFD hedcləmə strategiyasından istifadə edə bilərsiniz. Short mövqeyi açaraq eyni səhmləri CFD-lərlə satmaqla qısa müddətli enişdən mənfəət əldə etməyə çalışa və mövcud portfelinizdəki zərərləri kompensasiya edə bilərsiniz.

Məsələn, portfelinizdə Apple səhmləri varsa, həmin səhmlərin ekvivalent dəyərində CFD-lərlə short mövqe aça bilərsiniz. Əgər Apple səhmlərinin qiyməti bazarda düşərsə, fiziki səhmlərinizdə yaranan zərər CFD short əməliyyatından əldə edilən mənfəətlə qarşılanacaq. Qısa müddətli eniş bitdikdə və fiziki səhmlərin qiyməti yenidən yüksəlməyə başlayanda CFD mövqenizi bağlayaraq mənfəətinizi realizə edə bilərsiniz.

Bu strategiya xüsusilə uzunmüddətli portfellərdə olan blue chip səhmləri saxlayan investorlar üçün faydalıdır və qiymət enişlərinə qarşı qorunma təmin edir.

Mənfəət və zərər

CFD ticarətindən əldə olunan mənfəət və ya zərəri hesablamaq üçün mövqenin (müqavilələrin ümumi sayı) hər bir müqavilənin dəyəri ilə (hərəkət nöqtəsi üzrə ifadə olunur) vurulur. Daha sonra bu rəqəm, müqaviləni açdığınız qiymət ilə bağladığınız qiymət arasındakı nöqtə fərqi ilə vurulur.

Müqavilə bağlandıqda siz CFD və ya əsas aktivlərin bağlanış qiyməti ilə açılış qiyməti arasındakı fərqi alırsınız və ya ödəyirsiniz. Fərq müsbət olduqda, CFD təminatçısı sizə ödəniş edir; fərq mənfi olduqda isə siz CFD təminatçısına ödəniş etməlisiniz.

Treyderlər yalnız qısa müddətli spekulyasiya aparmaq, mövcud portfeldəki ekspozisiyanı hedcləmək və geniş ticarət təcrübəsinə malik olduqda CFD-lərlə ticarəti nəzərdən keçirməlidirlər, xüsusilə dəyişkən bazarlarda. CFD-lər “al və saxla” strategiyası üçün uyğun deyil. Onlar qısa müddətli davamlı izləmə tələb edir (dəqiqələr/saatlar/günlər). Hətta investisiyanı gecə saxlamaq əlavə risk və xərclərə səbəb ola bilər. Səhm və digər maliyyə bazarlarının dəyişkənliyi, həmçinin əlavə leverage, ümumi investisiya mövqeyinizin sürətli dəyişməsinə səbəb ola bilər. Risklərinizi idarə etmək və əlavə marja təmin etmək üçün dərhal tədbir görmək lazım ola bilər.

CFD-lər qısa müddətli strategiyalara yönəlsə də, uzunmüddətli investorlar risk tolerantlığı və investisiya məqsədlərinə əsaslanaraq ənənəvi səhmlərə üstünlük verə bilərlər.

Hər investisiya kimi, CFD ticarətində də risklər mövcuddur. Əsas risk bazar riskidir: bazar sizin mövqeyinizə uyğun hərəkət edərsə, mənfəət əldə edirsiniz; əks halda, zərər yaranır. Lakin CFD-lərdə leverage mövcud olduğundan, zərərlər ilkin investisiyanızla müqayisədə daha böyük ola bilər, buna görə leverage-dən həmişə ehtiyatla istifadə etmək vacibdir.