Səhm bir şirkətdə qismən mülkiyyət payını təmsil edən qiymətli kağızdır. ETF isə müxtəlif qiymətli kağızlardan — bu səhmlər və ya istiqrazlar kimi digər aktivlər ola bilər — ibarət olan bir səbətdir. Məsələn, investor ExxonMobil şirkətinin bir səhminə sahib ola bilər və ya enerji sektoruna aid müxtəlif səhmlərə sərmayə qoyan bir ETF-ə sahib ola bilər.

ETF-lərlə səhmlər arasındakı oxşarlıqlar

Həm ETF-lər, həm də səhmələr gün ərzində alınıb-satıla bilər, yəni onlar standart ticarət saatları ərzində gündəlik əsasda ticarət olunur. Ənənəvi investisiya fondlarından fərqli olaraq onlar həmçinin qiymət şəffaflığına malikdirlər – təklif və tələb (bid-and-ask) qiymətləri, eləcə də səhmlərin ticarət həcmi real vaxtda göstərilir.

İnvestor ETF-lərin alınması zamanı ticarət sifarişlərinin bütün növlərini tətbiq edə bilər, eyni zamanda hər ikisini “short sell” mövqesini (qoymıtin düşməsinə dair spekulativ mövqe) aça və opsionlardan istifadə edə bilər.

ETF və səhm ticarətinin fərqləri

Səhmələr adətən ETF-lərlə müqayisədə daha riskli hesab olunur. ETF müxtəlif qiymətli kağızlardan ibarət bir səbətdir və bu səbətdə bir səhmin zəif göstəriciləri digər səhmlərin yaxşı performansı ilə kompensasiya oluna bilər. Həmçinin, ETF-lər təqdim etdiyi diversifikasiya səviyyəsinə nail olmaq üçün bir neçə fərqli səhmin alınması lazımdır, bu da öz növbəsində daha baha başa gələ bilər.

ETF-lər bazarda geniş sektorlar üzrə mövqe tutmaq və artım (growth) və dəyər (value) kimi spesifik strategiyaları tətbiq etmək imkanı yaradır. Eyni zamanda, ETF-lər asan idarə olunur və təhlil və araşdırma baxımından daha az vaxt tələb edir.

ETF-lər ticarət üçün daha əlverişlidirmi?

Bu, investorun risk iştahı və strategiyalarından asılıdır; lakin, risk iştahı yüksək olan investorlar üçün səhmlərin daha yüksək gəlir təmin etməsi ehtimalı daha çoxdur. Səhmlərin ticarəti bazarın orta gəlirliyindən geniş fərqlınmə olduqda üstünlük təşkil edə bilər, halbuki ETF-lər sektordakı səhmlərin gəlirliklərinin orta göstəricidən az bir miqdarda fərqlilik göstərdiyi hallarda daha sərfəlidir. Məsələn, biotexnologiya sənayesi kimi mürəkkəb texnologiyalara malik sektorlarda ETF-lər daha ağıllı seçim ola bilər.

ETF-lərin mənfi tərəfləri nələrdir?

Səhmlərin ticarətində olduğu kimi, ETF əməliyyatlarında da investorlar hər bir əməliyyat üçün komissiya ödəyirlər. Bu xərclər yüksək ola bilər və nəticədə investorun investisiya gəlirini (ROI) azalda bilər. Bundan əlavə, bəzi ETF-lər daha riskli bazar strategiyalarını tədbiq edə bilər. Həmçinin, dividend ödəyən ETF-lər mövcud olsa da, ETF-lərin riskinin daha aşağı olması səbəbindən onların dividend gəlirliliyi (dividend yield) adətən tək bir şirkət səhmin dividend gəlirliliyindən aşağı olur.

ETF-lər yeni başlayan investorlar üçün uyğundurmu?

ETF-lər investisiya baxımından yeni başlayanlar üçün əlverişlidir, çünki onlar nisbətən aşağı xərc ilə diversifikasiya imkanı yaradır. Yeni başlayanlar müxtəlif qiymətli kağızlara asan idarə olunan şəkildə investisiya etməyin üstünlüyündən faydalana bilərlər.

Lakin təcrübəsiz treyderlər ETF-lərin portfelindəki aktivləri diqqətlə araşdırmalıdırlar. Bəzi ETF-lər riskli sektorlarla bağlı ola bilər və ya kredit çiyinli (leveraged) ETF-lər kimi riskli strategiyalardan istifadə edə bilərlər.

ETF-lər və səhmlər arasında əlaqə varmı?

ETF-nin əsas götürdüyü əsas prinsiplərdən asılı olaraq dəyişir; məsələn, əgər ETF müəyyən bir indeksi izləyirsə, onların hərəkətləri eyni istiqamətdə olacaq. Amma tərs (inverse) ETF-lər qiymətləri əks istiqamətdə hərəkət edir.