Giriş
CFD fərq müqaviləsi (contract for difference) anlamına gəlir. CFD-lər törəmə maliyyə alətləridir və onların dəyəri baza aktivin qiymətindəki dəyişikliklərə əsaslanır. Onlar treyderlərə əsas aktivə faktiki sahib olmadan onun qiymət dəyişiklikləri üzərində ticarət aparmağa imkan verir.
Treyderlər CFD-lərlə ticarəti seçdikdə, bu, onların brokerlə öz aralarında bir müqaviləyə daxil olduqları anlamına gəlir. Treyder (“alıcı”) və maliyyə brokeri (“satıcı”) bazar şəraitində bir aktivin qiyməti üzərində spekulyasiya edən bir müqavilə bağlayırlar. CFD-nin əsas aktivləri kimi səhmlər, səhmlər indeksi, valyutalar, əmtəələr və ya kriptovalyutalar istifadə oluna bilər.
CFD Ticarətini Anlamaq: Kredit Çiyni (Leverage) və Onun İş Prinsipi
CFD-lər kredit çiynilə (leverage) vasitəsilə ticarət olunur, yəni siz ticarətə daha kiçik ilkin kapital məbləği ilə başlaya bilərsiniz. CFD ticarətində siz əsas aktivləri (məsələn, fiziki səhmləri, valyuta cütlüklərini və ya əmtəələri) alıb-satmırsınız. Əvəzində, qiymətlərin artacağını və ya azalacağını təxmin edərək, konkret maliyyə alətinin müəyyən sayda vahidini alırsınız və ya satırsınız.
CFD-lərdən İstifadə Etməyin Üstünlükləri
CFD-lərin bir üstünlüyü ondan ibarətdir ki, onlar sizə geniş ticarət imkanları yaradır. Hər hansı bazarlar və ya aktiv sinifləri barədə düşünürsünüzsə, çox güman ki, hər biri üçün CFD ticarət imkanlarını tapa bilərsiniz. Bir neçəsini qeyd etmək kifayətdir:
- Səhmlərin ticarəti
- Valyuta bazarı (Forex)
- Səhmlər indeksləri
- Əmtəələr (metallar, enerji və s.)
- Istiqrazlar
- Opsionlar
- Kriptovalyutalar
Fərq müqavilələri (CFD-lər) kredit çiyni ilə ticarət olunan maliyyə alətidir. Kredit çiyni ilə ticarət etmək, mövqe açarkən brokerdən borc alınan kapitaldan istifadə etməsi deməkdir. Bu o deməkdir ki, mövqe açmaq üçün ticarətin tam dəyərinin yalnız kiçik bir faizini depozit kimi qoymaq kifayətdir. Bu, “marja ticarəti” (və ya marja tələbi) kimi tanınır. Marja ilə ticarət gəlirlərinizi artırmaq imkanı yaradır, lakin potensial itkiləriniz də mövqenin tam dəyəri əsasında böyüyür.
Bəzən treyderlər investisiya strategiyalarının bir hissəsi olaraq, az kapital ilə daha çox bazar mövqeyi əldə etmək üçün kredin çiynindən istifadə etmək istəyirlər. Kredit çiyni treyderin qoyduğu kapitalın müəyyən misliləri ilə, məsələn 2x, 5x və ya daha çox şəkildə tətbiq olunur və broker bu məbləği sabit nisbət əsasında treyderə təmin edir. Marja ticarəti həm alış (long), həm də satış (short) mövqelərinə tətbiq oluna bilər. Qeyd etmək vacibdir ki, hər hansı itki və ya mənfəət artırılacaqdır.
Marja ilə CFD ticarəti adətən ənənəvi ticarətdən daha yüksək kredit çiynini təmin edir. CFD bazarında standart marja tələbi 2%-dan başlayaraq 20%-ə qədər dəyişə bilər. Aşağı marja tələbləri daha az kapital sərfiyyatı və treyder üçün daha yüksək gəlir imkanları deməkdir.
CFD ticarəti sizə bir alətin qiymətinin düşəcəyini düşündüyünüz halda onu satmağa (həmin alət üzrə qısa mövqeyi açmaq) imkan verir və qiymətin azalmasından qazanc əldə etmək şansı yaradır. Əgər proqnozunuz düzgün çıxarsa, aləti daha aşağı qiymətə geri alaraq mənfəət əldə edə bilərsiniz. Əgər proqnozunuz yanlışdırsa və qiymət qalxarsa, siz əməliyyatda zərər edəcəksiniz.
CFD-lər brokerlər şəbəkəsi vasitəsilə, yəni birbaşa birjadan kənar (OTC) ticarət olunur; bu brokerlər CFD-lərə olan tələb və təklifi təşkil edir və qiymətləri buna uyğun müəyyən edirlər. Başqa sözlə, CFD-lər New York Fond Birjası (NYSE) kimi əsas birjalarda ticarət olunmur. CFD, müştəri ilə broker arasında bağlanan ticarət müqaviləsidir və burada tərəflər ticarətin açıldığı andakı qiymət ilə bağlandığı andakı qiymət arasındakı fərqi mübadilə edirlər.
Əksər CFD ticarətlərinin müəyyən edilmiş son istifadə müddəti yoxdur, yəni CFD müqaviləsinin müddəti məhdudiyyətsizdir. Ticarət yalnız əks istiqamətdə əməliyyat aparıldıqda bağlanır, yəni gümüş üzrə 100 CFD-lik alış mövqeyini yalnız həmin CFD-ləri satmaqla bağlamaq mümkündür.
CFD-lər standartlaşdırılmış müqavilələr (lotlar) şəklində ticarət olunur. Hər bir müqavilənin həcmi əsas aktivin növündən asılı olaraq fərqlənir və çox vaxt həmin aktivin bazardakı ticarət üsulunu əks etdirir.
CFD ticarəti ilə səhmlərin ticarətinin fərqli xüsusiyyətləri nələrdir?
| CFD-lər | Səhm |
| Kredit çiyni ilə ticarət | Səhmlərinizin tam dəyərini əvvəlcədən ödəyirsiniz |
| Uzun (long) və ya qısa (short) mövqe açmaq rahatdlr | Qısa mövqe açmaq (short selling) daha mürəkkəbdir |
| Səhmlərə sahib olmamaq | Sahib olmaq |
| Çoxasaylı bazarlar | Səhmlər və birja fondları (ETF-lər) |
| Spred və Rollover (müqavilınin uzadılması) | Komissiya |
| Səsvermə hüququ yoxdur | Səsvermə hüququ var |
| Birjadan kənar ticarət | Birjalarda ticarət |
| Müddət məhdudiyyəti yoxdur | Müddət məhdudiyyəti yoxdur |
Fiziki portfelinizi CFD ticarəti ilə riskdən qorumaq (hecinq etmək)
Əgər mövcud fiziki səhmlər portfelinizə artıq investisiya etmisinizsə və onların qısa müddətdə dəyər itirəcəyini düşünürsünüzsə, CFD hecinq strategiyasından istifadə edə bilərsiniz. Eyni səhmlərin CFD-ləri üzərindən qısa mövqelər açmaqla (short-selling), mövcud portfelinizdə baş verə biləcək itkiləri kompensasiya etmək üçün qısamüddətli qiymət enişindən gəlir əldə edə bilərsiniz.
Məsələn, portfelinizdə Apple səhmləri varsa, onların dəyərinə ekvivalent məbləğdə CFD-lərlə qısa mövqe aça bilərsiz bilərsiniz. Əgər Apple şirkətinin səhmlərinin qiyməti əsas bazarda düşərsə, fiziki səhmlər portfelinizdəki dəyər itkisi, qısa satış yolu ilə açdığınız CFD ticarətindən əldə etdiyiniz mənfəətlə potensial olaraq kompensasiya oluna bilər. Daha sonra, qısamüddətli eniş trendi sona çatdıqda və fiziki səhmlərinizin dəyəri yenidən artmağa başladıqda, CFD mövqeyinizi bağlayaraq əldə etdiyiniz mənfəəti reallaşdıra bilərsiniz. Bu strategiya xüsusilə uzunmüddətli portfellərdə yer alan və tez-tez riskdən qorunmaya ehtiyac duyan “blue chip” (etibarlı və böyük kapitalizasiyaya malik) səhmlərə sahib olan investorlar üçün uyğundur.
Mənfəət və zərər
CFD ticarətindən əldə olunan mənfəət və ya zərəri hesablamaq üçün mövqenin həcmini (ümumi müqavilə sayı) hər bir müqavilənin dəyərinə (qiymət hərəkətinin hər bir nöqtəsi üzrə ifadə olunmuş şəkildə) vurmaq lazımdır. Daha sonra həmin rəqəmi müqaviləni açdığınız qiymətlə bağladığınız qiymət arasındakı nöqtə fərqinə vurursunuz. Müqavilə bağlandıqda, siz bağlanış dəyəri ilə açılış dəyəri (və/və ya əsas aktivin dəyəri) arasındakı fərqi ya alırsınız, ya da ödəyirsiniz. Əgər fərq müsbətdirsə, CFD təminatçısı sizə ödəniş edir. Əgər fərq mənfidirsə, siz CFD təminatçısına ödəniş etməlisiniz.
CFD ticarəti yalnız spekulyasiya məqsədilə, xüsusilə qısa müddətli ticarətdə iştirak etmək istəyənlər üçün uyğundur. Bundan əlavə, mövcud portfellərində riskdən qorunmaq (hecinq) istəyən və ticarət sahəsində, xüsusilə volatilliyi yüksək olan bazarlarda kifayət qədər təcrübəsi olan, həmçinin mümkün itkiləri qarşılaya biləcək maliyyə imkanları olan treyderlər üçün tövsiyə edilir. CFD-lər “al və saxla” ticarəti üçün uyğun deyil. Onlar qısa müddət ərzində (dəqiqələr/saatlar/günlər) davamlı nəzarət tələb edə bilər. İnvestisiyanızı növbəti günə saxlamaq belə sizi daha yüksək riskə və əlavə xərclərə məruz qoyur. Səhmlər bazarının və digər maliyyə bazarlarının volatilliyi, eləcə də investisiyanıza əlavə kredit çiyninin tətbiqi, ümumi investisiya mövqeyinizdə sürətli dəyişikliklərə səbəb ola bilər. Risklərinizin qarşısını almaq və ya əlavə marja təmin etmək üçün təcili tədbir görülməsi tələb oluna bilər.
Hər investisiya kimi, CFD ticarətində də risklər mövcuddur. Hər bir ticarət növünün ən önəmli riski bazar riskidir. Əgər bazar sizin ticarət etdiyiniz istiqamətdə hərəkət edərsə, qazanc əldə edəcəksiniz; əks halda isə zərərə uğrayacaqsız. Lakin, CFD-lər bazarı marja ticarəti olduğu üçün, ilkin investisiyanıza nisbətən itkilər daha böyük ola bilər; buna görə də kredit çiynindən hər zaman ehtiyatla istifadə etmək vacibdir.





