Əgər maliyyə bazarlarında uğurlu treyder olmaq istəyirsinizsə, həyat tərzinizə uyğun bir ticarət üsulu seçməlisiniz. Bəzi treyderlər bazarı daim izləməyi və daha yüksək tezliklə ticarət etməyi üstün tuturlar. Digərləri isə uzunmüddətli ticarətə üstünlük verir və gündə sadəcə bir və ya iki dəfə əməliyyat aparırlar.
Skalpinq
Skalpinq – çox sürətli ticarət üslubudur. Skalpinq edən treyderlər tez-tez cəmi bir neçə saniyə ərzində əməliyyatlar həyata keçirirlər. Bu o deməkdir ki, onlar bir dəqiqə uzun mövqe (long) aça, növbəti dəqiqə isə qısa mövqeyə (short) keçə bilərlər. Onlar adətən kiçik qiymət dəyişikliklərindən faydalanmaq üçün yüksək kredit çiynindən (leverage) istifadə edirlər.
Skalpinq strategiyası, dərhal qərar verib tərəddüd etmədən hərəkət edə bilən aktiv treyderlər üçün daha uyğundur. Səbrsiz insanlar çox vaxt ən yaxşı skalperlər olurlar, çünki əməliyyat onların əleyhinə gedərsə, dərhal mövqedən çıxırlar.
Günlük ticarət (day trading)
Günlük ticarət, əməliyyatı eyni gün ərzində başlatmaq və tamamlamağı üstün tutan treyderlər üçün uyğundur. Günlük ticarət üslubu treyderin bazar bağlanmadan əvvəl bütün mövqelərini açıb bağlamasını nəzərdə tutur. "Deytreyderlər" qısa müddətli bazar hərəkətlərindən faydalanmaq üçün ticarət günü ərzində, bəzən isə gün ərzində bir neçə dəfə müxtəlif aktivləri alıb satırlar.
Svinq ticarəti (Swing trading)
Svinq treyderlər orta müddətli treyderlər hesab olunurlar, çünki mövqelər adətən bir neçə saatdan bir neçə günə qədər saxlanılır. Svinq ticarəti – aktivin qiymətinin növbəti mərhələdə hara hərəkət edəcəyini müəyyənləşdirmək, həmin istiqamətdə mövqe açmaq və əgər bu hərəkət baş verərsə, ondan müəyyən mənfəət əldə etmək prosesidir.
Mövqe ticarəti (Position trading)
Mövqe ticarəti bütün ticarət növləri arasında ən uzunmüddətlisi hesab olunur. Bu, çox vaxt bir neçə il davam edən əməliyyatları əhatə edir. Buna görə də, mövqe ticarəti yalnız ən səbirli treyderlərə uyğundur. Bu strategiyada hədəflər çox zaman bir neçə min pip olur.
İnvestisiya, bəlkə də, mövqe ticarətinin ən geniş tanınan formasıdır. Lakin investorlar adətən "al və saxla" strategiyasından istifadə edirlər, halbuki mövqe ticarəti həm də qısa mövqelərə (satış əməliyyatlarına) aid ola bilər. Ticarət müddətində mümkün olan dəyişkənliyə dözə bilmək və marja çağırışından (margin call) yayınmaq üçün böyük miqdarda kapital tələb olunur. Mövqe ticarəti bütün ticarət növləri arasında ən uzunmüddətlisi hesab olunur. Bu, tez-tez bir neçə il davam edən əməliyyatları əhatə edir. Buna görə də, mövqe ticarəti yalnız ən səbirli treyderlərə uyğundur. Bu strategiyada hədəflər çox zaman bir neçə min pip (qiymət hərəkət vahidi) olur.
İnvestisiya, bəlkə də, mövqe ticarətinin ən geniş tanınan formasıdır. Lakin investorlar adətən "al və saxla" strategiyasından istifadə edirlər, halbuki mövqe ticarəti həm də qısa mövqelərə (satış əməliyyatlarına) aid ola bilər. Ticarət müddətində mümkün olan dəyişkənliyə dözə bilmək və marja çağırışından (margin call) yayınmaq üçün böyük miqdarda kapital tələb olunur.
Mövqe treyderləri qərar qəbul edərkən adətən texniki və fundamental analizlərin birgə tətbiqindən istifadə edirlər, lakin əlavə olaraq bazar trendləri və tarixi patternlər kimi digər amilləri də nəzərə alırlar. Şəkil 1-də ticarət növləri və onların müvafiq saxlama müddətləri müqayisəli şəkildə göstərilmişdir.
Şəkil 1

Mövqe ticarəti strategiyaları
İki əsas mövqe ticarəti strategiyası mövcuddur:
1. Qiymət səviyyəsinin qırılması (Breakout) əsasında ticarət strategiyası
"Breakout" sistemlərinin əsas məntiqi sadədir: bazarın yeni bir maksimum və ya minimum səviyyəyə hərəkət etməsi, həmin istiqamətdə trendin davam edəcəyi potensialını göstərir. Bu, aşağıdakı şəkildə işləyir:
- Əgər bu günün bağlanış qiyməti əvvəlki N günlük maksimumdan yüksəkdirsə, qısa mövqeni bağlayın və uzun mövqe açın.
- Əgər bu günün bağlanış qiyməti əvvəlki N günlük minimumdan aşağıdırsa, uzun mövqeni bağlayın və qısa mövqe açın.
Burada N dəyəri sistemin həssaslığını müəyyən edir. Əgər müqayisə üçün qısa müddətli bir dövr seçilərsə (məsələn, N = 7), sistem trendin dəyişməsini tez göstərəcək, lakin çoxsaylı yalnış siqnallar yaradacaq. Əksinə, daha uzun müddətli dövrün seçilməsi (məsələn, N = 40) yalnış siqnalların sayını azaldacaq, lakin giriş siqnallarında gecikmələrə səbəb olacaq.
Ən məşhur "breakout" ticarət sistemlərindən biri Donchian kanalıdır. Bu, bazar ticarətində istifadə olunan və Richard Donchian tərəfindən hazırlanmış texniki göstəricidir. Donchian kanalı son N dövr ərzində qeydə alınmış ən yüksək maksimum və ən aşağı minimum dəyərlər əsasında formalaşır. Bu maksimum və minimum arasında qalan sahə seçilmiş dövr üçün kanal zonası kimi qəbul edilir.
Şəkil 2-də S&P 500 qrafikində 20-günlük Donchian kanalı göstərilmişdir. Alış siqnalı, qiymət 20 günlük maksimumu keçdikdə yaranır, satış siqnalı isə qiymət 20 günlük minimumdan aşağı düşdükdə aktivləşir.
Şəkil 2
2. Hərəkətli ortalama (Moving average) üzrə ticarət
Hər hansı bir gün üçün hərəkətli ortalama, həmin günün bağlanış qiyməti ilə əvvəlki N − 1 günün bağlanış qiymətlərinin ortalamasına bərabərdir. Burada N, hərəkətli ortalamanın hesablandığı günlərin sayını ifadə edir.
Hərəkətli ortalama keçmiş qiymətlərə əsaslandığından, yüksələn bazarda hərəkətli ortalama qiymətin altında yerləşir. Azalan bazarda isə hərəkətli ortalama qiymətin üstündə olur. Beləliklə, qiymət trendi yuxarıdan aşağıya doğru dəyişdikdə, qiymətlər hərəkətli ortalamanı yuxarıdan aşağıya kəsməlidir. Eyni qayda ilə, trend aşağıdan yuxarıya dəyişdikdə, qiymətlər hərəkətli ortalamanı aşağıdan yuxarıya keçməlidir.
Ən sadə hərəkətli ortalama sistemində bu kəsişmə nöqtələri ticarət siqnalları kimi qəbul edilir:
- Qısa müddətli ortalama uzun müddətli ortalamanı yuxarı istiqamətdə kəsdikdə alış siqnalı yaranır
- Qısa müddətli ortalama uzun müddətli ortalamanı aşağı istiqamətdə kəsdikdə satış siqnalı yaranır.
Şəkil 3-də S&P 500 qrafikində 50 günlük EMA (eksponensial hərəkətli ortalama) və 200 günlük EMA göstərilmişdir. Alış siqnalı 50 EMA 200 EMA-nı yuxarı istiqamətdə kəsdikdə yaranır, satış siqnalı isə 50 EMA 200 EMA-nı aşağı istiqamətdə kəsdikdə aktivləşir.
Şəkil 3
Mövqe ticarətinin üstünlükləri və çatışmazlıqları
Mövqe ticarətinin üstünlükləri və çatışmazlıqları mövcuddur, məsələn:
Mövqe ticarəti strategiyalarının üstünlükləri
- Mövqe ticarəti uzunmüddətli strategiyadır və yüksək gəlirlər gətirə bilər.
- Mövqelərə hər gün baxmaq lazım deyil.
- Digər aktiv ticarət üsullarına nisbətən daha az stresslidir.
- Texniki analiz vasitələri ilə geniş dəstəklənir.
Mövqe ticarəti strategiyalarının çatışmazlıqları
- Əməliyyatlar bir neçə ay davam edə biləcəyi üçün mövqeləri uzun müddət açıq saxlamaq üçün böyük məbləğdə pul tələb olunur.
- Mövqe uzun müddət açıq qaldıqda, swap (dəyişmə) haqqı yığışa bilər.
- Güclü texniki analiz bilikləri tələb edir.
- Uzunmüddətli dəyişikliyi tanımaq üçün səbir tələb olunur.




