Giriş

Bu həftə qlobal maliyyə bazarlarının diqqət mərkəzində üç əsas makroiqtisadi hadisə dayanmaqdadır: gözlənilməz bir vaxtda açıqlanacaq ABŞ-ın əmək bazarı göstəriciləri, Avrozona üzrə inflyasiya datası və Avropa Mərkəzi Bankının illik forumu. Sözügedən fundamental amillər məcmuda qarşıdakı aylarda qlobal monetar siyasətin əsas istiqamətlərini formalaşdıracaqdır. 

ABŞ Əmək Bazarı Məlumatları: Niyə Gözl Vaxtda Açıqlanır?

ABŞ əmək bazarı üzrə məlumatlar bu dəfə ənənəvi cümə günü əvəzinə cümə axşamı açıqlanacaq. Bunun səbəbi bazarların 4 İyul – Müstəqillik Günü münasibətilə bağlı olmasıdır.

Bu vaxt dəyişikliyi açıqlanacaq məlumatlara əlavə əhəmiyyət qazandırır. ABŞ Federal Ehtiyat Sisteminin (Fed) 19 rəsmisindən 9-u 2026-cı ilin sonunadək faiz dərəcələrinin artırılmasının mümkünlüyünə açıq olduqlarını bildirib. Bu, mart ayında keçirilən iclasla müqayisədə nəzərəçarpacaq dəyişiklikdir, çünki həmin vaxt rəsmilərdən heç biri faiz artımını dəstəkləyən mövqe nümayiş etdirməmişdi.

                 SsenariFaiz dərəcəsinə mümkün təsirBazara mümkün təsir
Güclü məlumatlar: yüksək məşğulluq artımı + əməkhaqlarının yüksəlməsi + işsizlik səviyyəsinin 4,3% olması Faiz artımı gözləntilərini gücləndirirQızıl, gümüş və riskli aktivlər üçün mənfi; ABŞ dolları və istiqraz gəlirlilikləri üçün müsbət
Zəif məlumatlar: məşğulluq göstəricilərinin zəif çıxması və ya əməkhaqlarının artımının yavaşlaması“Sabit saxlanma” ssenarisini yenidən gündəmə gətirir və faiz artımını gecikdirirSentyabr iclası öncəsi pul siyasətinin yumşaldılması müzakirələrini yenidən gündəmə gətirir

Zəif statistik göstəricilər uçot dərəcəsinin dəyişməz qalacağına işarə edir və sentyabr iclasından əvvəl monetar yumşalma ilə bağlı müzakirələri yenidən aktivləşdirir. 

Böyük İqtisadiyyatların Göstəriciləri

Birinci- ABŞ İqtisadiyyatı

ABŞ-da gözləntilər qeyri-müəyyən qalır, yüksək inflyasiya məlumatları fonunda 0,25 faiz bəndi həcmində mümkün faiz artımı ehtimalı mövcuddur. Bu tendensiya, əmək bazarı məlumatları güclü olarsa daha da güclənəcək, çünki yüksək alıcılıq qabiliyyəti inflyasiyanın daha uzun müddət yüksək səviyyədə qalmasını dəstəkləyir.

İzlənilməli əsas məlumatlar:

 • Bazar ertəsi: İstehlakçı Güvən İndeksi və Mənzil Qiymətləri İndeksi

 • Çərşənbə axşamı: ISM İstehsalat Hesabatı və May ayı Fabrik Sifarişləri

 • Çərşənbə: May ayı JOLTS Məşğulluq Vakansiyaları İndeksi və İyun ayı ADP Özəl Sektor Əməkhaqları

 • Cümə axşamı: NFP (Qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi) və Həftəlik İşsizlik Müraciətləri

İkinci- Avropa İqtisadiyyatı

Avropa Mərkəzi Bankının Forumu

Avropa Mərkəzi Bankı iyulun 1-dək davam edən illik iki günlük forumunu keçirir. Bu il forum innovasiya, iqtisadi artım və iqtisadi sabitlik mövzularına həsr olunub. İnvestorlar pul siyasətinin gələcək istiqaməti ilə bağlı əlavə siqnallar üçün forumu yaxından izləyirlər. Hazırda pul siyasəti əsasən sərt mövqedə qalmağa meyllidir.

Bazarlar çərşənbə günü açıqlanacaq iyun ayı üzrə Avrozonanın ilkin inflyasiya göstəricilərini də diqqətlə izləyəcək. Bu məlumatlar Avropa Mərkəzi Bankının pul siyasətini sərtləşdirmə istiqamətində nə qədər irəli gedə biləcəyi barədə ipucları verəcək.

Bazar ertəsi Avrozona üzrə iyun ayının biznes və istehlakçı sorğularının nəticələri, çərşənbə axşamı isə Almaniyanın may ayı üzrə pərakəndə satış və iyun ayı üzrə işsizlik göstəriciləri dərc olunacaq. Avrozonanın may ayı üzrə işsizlik göstəriciləri isə cümə axşamı günü açıqlanacaq.

Üçüncü- Asiya İqtisadiyyatı

Yaponiya geosiyasi gərginliyin şirkətlərin fəaliyyətinə və biznes mühitinə təsirini qiymətləndirmək məqsədilə Yaponiya Bankının (BoJ) rüblük biznes sorğusunun nəticələri daxil olmaqla, pərakəndə satış həcmi, sənaye istehsalı və işsizlik göstəriciləri kimi bir sıra mühüm makroiqtisadi dataları açıqlayacaq.

Çin isə öz növbəsində biznes mühitinin cari vəziyyətini daha aydın proqnozlaşdırmağa imkan verən Satınalma Menecerləri İndeksini (PMI) dərc edəcək. Qeyri-istehsal sektorları üzrə indeksin geriləməsi gözlənilsə də, rəsmi istehsalat PMI göstəricisinin cüzi artım nümayiş etdirəcəyi proqnozlaşdırılır.