logo

Maliyyə Bazarlarına Yeni Başlayanlar üçün Bələdçi

video

Kursun İcmalı

Bu qısa və dolğun kursla treydinq yolunuza sürətli başlanğıc verin! Bazarın əsas anlayışlarını öyrənin və CFD-lərlə Treyedinq strategiyalarını mənimsəyərək inamlı və effektiv şəkildə treydinqə başlayın

Təlimçilər

instructor

Fuad Qasımov

İqtisad üzrə fəlsəfə doktoru

Fuad Qasımov maliyyə bazarları, bank işi və maliyyə risklərinin idarə olunması sahəsində geniş təcrübəyə malik mütəxəssisdir. Texniki və fundamental təhlil üzrə güclü biliklərə sahib olmaqla yanaşı, səhmlər, istiqrazlar, əmtəə və valyuta bazarlarında yüksək praktiki təcrübəyə malikdir. O, həmçinin investisiya strategiyaları, risk menecmenti və maliyyə bazarlarının təhlili mövzularında keçirilən ixtisaslaşmış seminar və təlimlərin aparıcı məruzəçisi və təlimçisidir.

Nə Öyrənəcəksiniz?

  • Maliyyə bazarlarının əsaslarını və onların necə işlədiyini öyrənin.
  • Fərq Müqavilələrinin (CFD) nə olduğunu və treyderlərə qiymət hərəkətləri ilə necə Treyedinq etməyə imkan verdiyini anlayın.
  • Daha az kapital ilə daha böyük mövqeləri necə idarə etməyi və eyni zamanda riski necə nəzarətdə saxlamağı öyrənin.
  • İstədiyiniz qiymət səviyyəsində əməliyyatların icra edilməsinin müxtəlif üsulları ilə tanış olun.
  • Gəlirləri idarə etmək və zərərləri məhdudlaşdırmaq üçün çıxış sifarişlərindən necə istifadə etməyi öyrənin.
  • Treyedinq zamanı yaranan xərclər, depozit haqqları və digər ödənişlər haqqında anlayış əldə edin.
  • Bazarları hərəkətə gətirən vacib maliyyə təşkilatları haqqında məlumat əldə edin.
  • Bazar qiymət hərəkətlərinə təsir göstərə bilən qlobal hadisələri necə izləməyi öyrənin.

Kursa Giriş

Bu video “Maliyyə Bazarlarına Yeni Başlayanlar üçün Bələdçi” kursuna qısa giriş təqdim edir. Bu kursda hansı bilik və bacarıqları əldə edəcəyinizi və bu biliklərin treydinq strategiyanızı necə gücləndirəcəyini ətraflı şəkildə öyrənəcəksiniz. Mövcud fəsillərlə tanış olacaq və onların treydinq hədəflərinizə çatma yolunda necə real dəyər yaratdığını kəşf edəcəksiniz.

Fəsil 1: Maliyyə bazarlarına giriş

Birinci fəsil maliyyə bazarlarına giriş təqdim edir, əsas bazar iştirakçıları və maliyyə alətlərinin növlərini izah edir. Bu fəsil sizə maliyyə bazarları və burada iştirak edən institutlar haqqında ümumi anlayış verir, həmçinin treydinq və investisiya üçün istifadə olunan aktivləri təqdim edir.

Fəsil 2: Brokerlər və Ticarət Platformaları

Bu fəsildə siz maliyyə brokeri, onların rolu və əsas xidmətləri haqqında məlumat əldə edəcəksiniz. Bələdçi 5 qabaqcıl treyedinq platformasını təsvir edəcək. Platforma seçimi prosesi sizə ticarət üslubunuza uyğun platformanı qiymətləndirməyə imkan verəcək.

Fəsil 3: CFD-lərə Giriş

Bu fəsil CFD-lərə giriş təqdim edir, onların funksiyası, treyedinq prosesi və treyedinqdə faydaları haqqında məlumat verir. Siz CFD-lərin standart ticarət üsullarından necə fərqləndiyini və CFD-lərlə ticarət edərkən nəzərə alınmalı əsas amilləri öyrənəcəksiniz.

Fəsil 4: Kredit Çiyni və Marja İzahı

Bu fəsil kredit çiyninə girişdir, hansı ki, treyderlərə daha az kapital sərmayəsi ilə daha böyük mövqeləri idarə etməyə imkan verir. Biz ticarətdə təhlükəsizlik və dəqiqliyi artırmaq üçün bilməli olduğunuz bəzi vacib terminləri müzakirə edəcəyik.

Fəsil 5: Açılış Sifarişlərinin Növləri

Bu fəsildə siz treyderlər tərəfindən bazara açılış və bağlanış üçün istifadə olunan müxtəlif sifariş növləri haqqında məlumat əldə edəcəksiniz. Hər növün necə işlədiyini və nə vaxt istifadə olunacağını göstərmək üçün real nümunələrlə sizi tanış edəcəyik. Canlı nümayiş treyderlərə açılış sifarişlərinin real bazarda necə icra olunduğunu göstərəcək.

Fəsil 6: Bağlanış Sifarişləri

Bu fəsildə siz risk və treyedinq idarəçiliyi ilə əlaqəli alətlər haqqında məlumat əldə edəcəksiniz. Həmçinin, bu alətlərin treyedinq platformasında necə istifadə olunacağını göstərən praktik tətbiq təqdim ediləcək.

Fəsil 7: Treydinq Xərcləri

Bu fəsildə siz əsas ticarət xərcləri, o cümlədən spreadlər, swaplar və komissiyalar haqqında məlumat əldə edəcəksiniz. Bu, treyedinq səyahətinizə başlamazdan əvvəl düzgün treyd hesabını seçməyə kömək edəcək.

Fəsil 8: Tanımalı Olduğunuz Təşkilatlar

Bu fəsildə siz qlobal iqtisadiyyata təsir edən əsas oyunçular, o cümlədən mərkəzi banklar, BMT Beynəlxalq Valyuta Fondu (IMF) və Ümumdünya Ticarət Təşkilatı (WTO) haqqında məlumat əldə edəcəksiniz. Bu təşkilatları, onların xüsusiyyətlərini və maliyyə aktivləri ilə əlaqələrini anlamaq sizə bazarın əsas prinsipləri haqqında geniş baxış verəcək.

Fəsil 9: İqtisadi Təqvimi Anlamaq

Bu fəsildə siz iqtisadi təqvim, onu necə analiz etmək və izlənməsi vacib olan əsas iqtisadi məlumatlar haqqında məlumat əldə edəcəksiniz. İqtisadi təqvim, vacib xəbərləri və iqtisadi hesabatları izləmək üçün gündəlik ticarətinizdə sizə yol göstərəcək vacib bir alətdir.

Fəsil 10: Hər Şey Bir Arada

Bu fəsil öyrəndiyiniz hər şeyi bir tam şəkil şəklində birləşdirir. Biz maliyyə bazarlarının əsaslarını, əsas iştirakçıları və brokerlər, platformalar və CFD-lər kimi ticarət alətlərini əhatə edəcəyik. Həmçinin, riskin idarə olunmasını, ticarət xərclərini anlamağı və iqtisadi təqvimi izləməyi öyrənəcəksiniz.

Səviyyə

Başlanğıc

Say

11 Fəsil

 

35 Dərs

Müddət

211 dəq

Dil

Azerbaijan

Tövsiyə olunan təlim

Ticarət bacarıqlarınızı inkişaf etdirməyə kömək edə biləcək digər kursları araşdırın.

Academy-4-20260312-085832-1777878657-1779350472.jpg
Başlanğıc
Forex Ticarətinin Əsasları

Bu kurs Forex ticarəti dünyasına əsas giriş təqdim edir. O, forex bazarının necə fəaliyyət göstərdiyini, qiymət hərəkətlərinə təsir edən amilləri və onu digər bazarlardan fərqləndirən xüsusiyyətləri izah edir. Bundan əlavə, pip dəyəri, əməliyyat həcmi və marja kimi əsas anlayışlar müzakirə olunur. Kurs həmçinin real bazar hadisələrini göstərərək qlobal xəbərlərin ticarət qərarlarına necə təsir etdiyini izah edir. Sonda isə ticarət platformasından istifadə edərək əməliyyatlara hazırlaşmaq, onları açmaq və idarə etmək üçün praktik bələdçi təqdim olunur.

clock

65 dəq

modules

6 Fəsil

lang

Azerbaijan

Tofiq Kərimov
Tofiq Kərimov
Maliyyə Bazarları Analitiki
Daha çox məlumat əldə edin
Academy-4-20260324-085827-(1)-1778049371-1779349930.jpg
Başlanğıc
Texniki Analizə Giriş

Bu kurs bazarın hərəkət dinamikasını anlamaq və qiymət qrafiklərini oxumaq istəyən hər kəs üçün texniki analizin əsaslarına dair aydın və praktiki giriş təqdim edir. Proqram çərçivəsində texniki analizin fundamental konseptləri və bazar psixologiyasının qiymət hərəkətlərinə təsir mexanizmləri ətraflı araşdırılır. Tədris prosesi texniki analizin fəlsəfəsi ilə başlayaraq, qrafiklərin qurulması, həmçinin trend xətləri, dəstək və müqavimət səviyyələri kimi vacib qiymət hərəkəti alətlərinin mənimsənilməsi ilə davam edir. Kursda həmçinin yapon şamları, geniş yayılmış texniki patternlər və bazar konyunkturunu qiymətləndirmək üçün indikatorlardan istifadə qaydaları tədris olunur. Yekun fəsildə isə öyrənilən bütün üsulların real vaxt rejimində tətbiqinə diqqət yetirilir ki, bu da əldə edilmiş bilikləri praktiki mühitdə əminliklə tətbiq etməyə imkan verir.

clock

110 dəq

modules

8 Fəsil

lang

Azerbaijan

Tofiq Kərimov
Tofiq Kərimov
Maliyyə Bazarları Analitiki
Daha çox məlumat əldə edin

Paylaşılan videolar, kurslar və yeniliklər yalnız məlumatlandırma xarakteri daşıyır. Bu materiallar marketinq fəaliyyəti, investisiya məsləhəti və ya ticarətə çağırış kimi qəbul edilməməlidir. Biz hər hansı xüsusi investisiya fəaliyyətini və ya xidməti təşviq etmirik. Kurslarda qeyd olunan şirkətlər, aktivlər və ya sektorlar haqqında məlumatlar həmin məhsul və xidmətlərin təklif olunması və ya dəstəklənməsi kimi şərh olunmamalıdır.

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

Maliyyə Bazarlarına Yeni Başlayanlar üçün Bələdçi