CFD, yəni “fərq müqaviləsi” kimi tanınan bu alət, alıcının müəyyən bir aktivin cari dəyəri ilə müqavilənin bağlandığı vaxtdakı dəyəri arasındakı fərqi satıcıya ödəməsini nəzərdə tutur. Fərq müqavilələri bazar iştirakçılarına faktiki aktivə sahib olmadan, yalnız qiymət dəyişikliklərindən gəlir əldə etmək imkanı yaradır.

CFD-lər birjadan kənar ticarət olunan alətlərdir və müqavilənin bağlanması üçün birja və ya əsas aktivlə əlaqənin olması tələb olunmur.

CFD-lər necə işləyir?

İqtisadi cəhətdən, CFD-lər treyderlə ticarət xidmətləri göstərən tərəf və ya broker arasında, maliyyə alətinin qiymətində müqavilənin açıldığı vaxtla bağlandığı vaxt arasındakı fərqin mübadiləsini nəzərdə tutan razılaşmanı ifadə edir.

CFD-lərdə heç bir çatdırılma (təminat) yoxdur və heç bir tərəf əsas aktivə sahib olmur. Sadə dillə desək, bu, yalnız faktiki qiymət üzərində spekulyasiya etməkdən başqa bir şey deyil. Məsələn, fiziki qızıl almaq əvəzinə, onun dəyərinin artacağına inanaraq, treyder qızıl üzərində CFD ala bilər (Şəkil 1) və özünə uyğun olan vaxtda müqaviləni bağlaya bilər.

Şəkil 1 – 5 dəqiqəlik Qızıl CFD qrafiki

Fərq müqavilələri treyder və investorlara qiymətlərin həm artacağına, həm də düşəcəyinə dair spekulasiya aparmağa imkan verir və əgər onların gözləntiləri doğru olarsa, mənfəət əldə emək şansı yaradır.

CFD ticarəti nümunəsi

Təsəvvür edin ki, siz qiyməti 25.00 ABŞ dolları olan (alış qiyməti 24.98 / satış qiyməti 25.00) bir səhmi bir müddətdir müşahidə edirsiniz və şirkətin son məhsulunun istehlakçılar arasında uğur qazanacağına inanırsınız.

Siz 2500 ABŞ dolları dəyərində 100 səhm almaq qərarına gəlirsiniz.

Təbii ki, mövcud kredit çiynini (leverage) nəzərə alınmaqla, bu əqd sizdən marja baxımından daha az məbləğ tələb edəcək.

Əgər səhmin qiyməti yüksələrsə, siz reallaşmamış (potensial) mənfəət əldə etmiş olacaqsınız.

Tutaq ki, qiymət sizin hədəfiniz olan 28.00 ABŞ dollarına çatıb və siz ticarət mövqeyinizi bağlamaq qərarına gəlirsiniz.

Siz hər səhm üzrə 3 ABŞ dolları mənfəətlə mövqeyinizi bağlamaq qərarına gəlirsiniz.

Bu halda, sizin ümumi mənfəətiniz 3 × 100 = 300 ABŞ dolları olacaq.

Yuxarıdakı nümunə sadələşdirilmiş və nəzəri xarakter daşıyır.

Ölkələr üzrə CFD-lərin tənzimlənməsi

Təbiətinə görə, fərq müqavilələri bəzi ölkələrdə qadağan edilib, çünki onlar digər mövcud ticarət məhsulları ilə rəqabət aparırlar. Ən bariz misal ABŞ-dır; burada CFD-lərin istifadəsinə icazə verilmir. Bununla belə, treyderlərin ticarət və investisiya ehtiyacları üçün seçə biləcəyi müxtəlif alternativlər mövcuddur. Qeyd etmək lazımdır ki, yalnız rezidentlərə CFD-lərlə ticarət etmək qadağandır, qeyri-rezidentlər isə bu qaydaya əməl etməyə məcbur deyillər.

Digər tərəfdən, CFD-lər Almaniya, Böyük Britaniya, İsveçrə, Fransa və digər bir çox ölkələrdə qanunidir.

Avstraliya CFD-lərə icazə verir, lakin treyderləri, xüsusilə də bazarda yeni olanları mövcud risklərdən qorumaq məqsədilə, kredit çiyni üzrə son zamanlarda dəyişikliklər edib. Bu, tənzimləyici orqanların istehlakçıları qorumaq sahəsində daha fəal rol oynadığı digər ölkələrdə də trendə çevrilməkdədir.

CFD-lərin xərcləri

CFD-lərlə ticarət zamanı yaranan xərclərə əlavə komissiya, swap və ya maliyyələşdirmə xərcləri, həmçinin alət üzrə spread daxildir. CFI-də biz sıfır komissiya ilə hesablar təklif edirik ki, burada ticarət xərcləri spred vasitısilə ifadə olunur. Eyni zamanda CFI çox dar spredlər və əlavə kiçik komissiya haqqı ilə hesablar təklif edir.

Adətən, FX və əmtəə ticarətində əlavə xərc olmur, lakin səhmlər kimi digər maliyyə alətlərində yuxarıda qeyd olunan komissiya ayrıca xərc kimi tətbiq oluna bilər.

CFD ticarətinin üstünlükləri

Kredit çiyni

Fərq müqavilələri marja məhsullarıdır, yəni az miqdarda vəsaitlə nisbətən böyük mövqeyə nəzarət etmək mümkündür. Fərq müqavilələri kredit çiyni ilə ticarət olunan maliyyə alətləridir, bu da kiçik bir məbləğlə nisbətən böyük mövqeyə sahib olmağa imkan verir. Bir müddət öncə CFD bazarı çox yüksək kredit çiyni ilə fəaliyyət göstərirdi və marja tələbləri 1%-ə qədər enə bilirdi. Bəzi hallarda isə bu hətta daha aşağı səviyyədə olurdu. Lakin tənzimləyici orqanlar istehlakçıları qorumaq üçün nəzarəti sərtləşdirib və genişləndirdikcə, bu maliyyə alətləri üzrə kredit çiyni demək olar ki, bütün ölkələrdə azaldıldı. Zaman etibarılə, hesabınızdakı vəsaitin 20 və ya 30 qatına qədər mövqeyə nəzarət edə bilərsiniz.

Kredit çiyninin azalması treyderləri demək olar ki, hər gün qarşılaşa biləcəkləri mənfi bazar şəraitindən qorumağa xidmət edir. Bazarlar volatillik göstərə bilər və yeni treyderlər başlanğıc uğurlarının cazibəsinə düşə bilər, lakin müəyyən alətlərdəki gözləntiləri reallaşmadıqda sonradan itkilərlə qarşılaşa bilərlər.

Qlobal bazarlara çıxış

Əksər ticarət təminatçıları müxtəlif qlobal məhsullar üzrə geniş çeşiddə CFD-lər təklif edir, bu da sizə tək bir platformadan geniş çıxış imkanı verir. Mövcud aktivlər valyutalar, səhmlər, əmtəələr, indekslər və ETF-ləri (Şəkil 2) əhatə edir və onlarla əlaqəli minlərlə məhsul təklif olunur.

Şəkil 2 – Günlük SPY ETF CFD qrafiki

Qısa mövqeyi məhdudiyyətləri yoxdur

Səhmlərin qısa satışı həmişə səhmlər üzrə treyderlər üçün mübahisəli mövzu olub, lakin CFD-lərlə bu praktika ilə bağlı heç bir məhdudiyyət yoxdur. İstədiyiniz kimi alıb sata bilərsiniz.

Kiçik minimal depozit tələbi

CFD ticarətinə başlamaq üçün treyderlərdən böyük məbləğdə vəsait tələb olunmur. Əslində, tətbiq olunan kredit çiyni mövqelərin açılması üçün minimal marja tələblərinin aşağı olmasında mühüm rol oynayır. Bu, kiçik məbləğlərlə investisiya etməyin mütləqən düzgün strategiya olduğu anlamına gəlmir. Mövqe açmaq üçün tələb olunan marja məbləğindən asılı olmayaraq, volatillik və mənfi bazar şəraitinə davam gətirə bilmək üçün kifayət qədər vəsaitə sahib olmaq çox önəmlidir. Ümumi bir qayda olaraq, ticarətə kiçik məbləğlərlə başlamaq və ən azı 2500–5000 ABŞ dolları məbləğində kapitala sahib olmaq tövsiyə olunur, həmçinin baş verə biləcək potensial mənfəət və zərər dəyişkənlikləri ilə tanış olmaq vacibdir.

CFD-lərlə ticarətin mənfi cəhətləri

Əgər treyder mövcud risklər barədə tam məlumatlıdırsa, CFD ticarəti ilə əlaqəli ciddi mənfi cəhətlər yoxdur. Ümumi risklərə kredit çiyninin istifadəsi daxildir ki, bu da kapitalınızdan böyük mövqelər açmağa imkan verir; həmçinin bazarın volatilliyi səbəbindən qiymətlərin kəskin dəyişməsi ehtimalı mövcuddur.

CFD-lərin populyarlığı 

Bu alət son 10 ildə böyük bir inkişaf dövrünü keçirməsilə yanaşı Covid-19 pandemiyası zamanı qlobal məhdudiyyətlər səbəbindən insanlar evdən işləməyə məcbur oldular. Bu isə həm vaxt keçirmək, həm də əlavə gəlir əldə etmək məqsədilə fəaliyyət axtaranların sayının artmasına səbəb oldu. İqtisadi enişin qurbanı olan digərləri isə evdən gəlir əldə etmək üçün yeni vasitə kimi treydinqə yönəldilər. Bundan əlavə, pandemiya bir çox məşhur ticarət məhsullarında volatilliyin artmasına səbəb oldu ki, bu da həm təcrübəli, həm də yeni başlayan treyderlər arasında ticarət fəaliyyətini artırdı.

CFD-lər davamlı uzunmüddətli ticarət məhsulu kimi

Əksər treyderlər bazara tez daxil olub çıxaraq qısa müddətli və sürətli gəlir əldə etməyə üstünlük versələr də, bəzi treyderlər aylar, hətta illər boyu saxlanacaq mövqelər qurmağa fokuslana bilərlər. Burada bəzi mənfi cəhətlər mövcuddur, çünki CFD-lər overnayt ödənişlərə məruz qala bilər ki, bu da onları uzun müddətdə saxlamağı bahalı edir. Bundan əlavə, CFD-lər dividend gətirməyən məhsullardır, yəni onlardan gəlir əldə etməyin yeganə yolu müəyyən istiqamətdə düzgün proqnoz verməkdir. Bu tip mənfi tərəflər, treyderlərin strategiyalarının kifayət qədər gəlirli olmadığı halda, itkilərə məruz qalmaq və overnayt CFD ticarət haqlarını ödəmək kimi çətinlikləri səbəbindən, CFD-ləri uzunmüddətli investisiya vasitəsi kimi seçmələrinə mane olur.

Uğurlu CFD ticarəti üçün ideyalar

CFD-lərlə ticarət etmək digər məhsullara yatırım etmək və ya spekulyasiya aparmaqla oxşardır. Siz bir aktiv seçirsiniz və fikrinizə əsaslanaraq almaq və ya satmaq qərarı verirsiniz. Nəzərə alınmalı məqamlar arasında ticarət strategiyasının tətbiqi və ya sadə texniki analiz metodlarından istifadə etməkdir ki, bu da əqdlərinizin açılma vaxtını daha yaxşı planlaşdırmağa kömək edir. Yadda saxlanması vacib olan digər məqam isə istifadə olunan kredit çiynidir. Əgər hesabınız kiçikdirsə, kiçik mövqelərlə ticarət etmək daha məqsədəuyğundur və hər ticarətdə hesabınızın yalnız az bir faizini riskə atmaq məsləhətdir. CFD ticarətini biznes kimi idarə etmək önəmlidir; bu isə vəziyyət istədiyiniz kimi olmadıqda zərərlərinizi vaxtında kəsmək deməkdir.

Digər tövsiyələrə iqtisadi açıqlamalar və ya bazarda volatilliyə səbəb ola biləcək hadisələri izləmək daxildir ki, bu da mövcud mövqeyinizə və ya müəyyən bazara baxışınıza təsir göstərə bilər. Bundan əlavə, CFD ticarətində tətbiq olunan overnayt ödənişlərini nəzərə alınaraq, mövqeləri qısa müddət ərzində saxlamaq daha məsləhətli ola bilər. Bütün bu elementlərə diqqət yetirmək treyderlərə uğurlu ticarət yolunda daha yaxşı anlayış əldə etməyə kömək edə bilər.

Son olaraq yadda saxlanılması vacib məqam demo hesabların mövcudluğudur. Bu imkana sahib olmaq o deməkdir ki, pulunuzu riskə atmadan məşq edə bilərsiniz. Demo hesab emosiyalarınızı idarə etməyə, möhkəm ticarət strategiyası qurmağa və müəyyən bazarlarda ticarət edərkən düzgün risk parametrlərini anlamağa kömək edə bilər. Bu alət həm yeni başlayanlar, həm də ticarət strategiyasını daha da inkişaf etdirmək istəyən təcrübəli treyderlər üçün əvəzolunmaz bir vasitədir.

Demo hesablar adətən 1 ay müddətinə mövcud olur, lakin hazırda əksər təminatçılar onları limitsiz müddət ərzində təklif edir. Demo hesabda məşq etmək qısa müddətli olmamalı və bazarlarla tam rahat olmaq üçün ən azı 1-3 ay davam etməlidir. Sonrakı mərhələ hesabınızı az miqdarda vəsaitlə açmaq və mövcud olan ən kiçik həcmdə ticarət etməkdir. Həqiqi pul istifadə edildikdə, xüsusilə də itirilməsi mümkünsüz olan vəsait olduqda, tamahkarlıq və digər emosiyalar ciddi çətinliklər yarada bilər. Qısa müddətdə varlanmaq ideyası heç vaxt məqsəd olmamalıdır. Ticarət bir biznesdir və istənilən biznes (nə qədər sürətlə inkişaf etməsindən asılı olmayaraq) uğura qarşı həddindən artıq gözləntilər olmadan idarə edilməlidir.