Geosiyasi hadisələr maliyyə bazarlarını əvvəlkindən daha sürətlə formalaşdıran ən vacib amillərdən birinə çevrilib. Qeyri-müəyyənlik artdıqda isə investorların üz tutduğu təhlükəsiz aktivlərdən biri dövlət istiqrazlarıdır.

İki mərhələli reaksiya: Qorxu və İnflyasiya

Yaxın Şərqdə, Avropada və ya ABŞ ilə Çin arasında geosiyasi durum gərginləşdikdə, istiqraz bazarı adətən iki mərhələdə reaksiya verir (Şəkil 1):

·       Mərhələ 1: Qorxu (Gəlirlik azalır)

o   İnvestorlar təhlükəsizlik məqsədilə dövlət istiqrazlarını alır, bu da qiymətlərin yüksəlməsinə və gəlirliyin azalmasına səbəb olur. 

·       Mərhələ 2: İnflyasiya riski (Gəlirlik yenidən yüksəlir)

o   Əgər münaqişə enerji, daşımalar və ya təhcizat zəncirlərini pozarsa, treyderlər daha yüksək inflyasiyanı qiymətlərə daxil etməyə başlayır və bu da gəlirliyin yenidən artmasına səbəb olur.

Məhz bu qarşılıqlı təzyiq effekti bugünkü istiqraz bazarını bu qədər dəyişkən edir.

Şəkil 1: Geosiyasi gərginliklərin istiqraz gəlirliklərinə təsiri Şəkil 1: Geosiyasi gərginliklərin istiqraz gəlirliklərinə təsiri

ABŞ istiqraz gəlirliklərinin geosiyasi gərginliklərə reaksiyası: Təhlükəsizlik tələbatı ilə inflyasiya qorxusu arasında balans

ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliyi geosiyasi mövzulara güclü reaksiya verir. Neft tədarükünü və ya ticarət marşrutlarını təhdid edən münaqişələr iki zidd təsir yaradır.

Bu niyə baş verir?

Analitiklərin təhlilinə görə, geosiyasi inkişaflar həm risk əhval-ruhiyyəsinə (qorxuya), həm də inflyasiya gözləntilərinə təsir edir.

Bu necə baş verir?

·        Qorxu investorları ABŞ Xəzinədarlıq istiqrazlarına yönəldir → gəlirlər azalır

·       Lakin neft və daşınma xərcləri artarsa → inflyasiya riski yüksəlir → FED faiz endirimlərini təxirə salır → gəlirlər yenidən artır

Treyderlər üçün ABŞ istiqraz gəlirliyi növbəti istiqamətini anlamaqda enerji qiymətlərini və inflyasiya trendlərini izləmək əsas olacaq.

Avropa enerji şokları və iqtisadi artımın yavaşıması fonunda təzyiq altındadır

 Avropa geosiyasi gərginliklər və daxili iqtisadi zəiflikdən təzyiq altındadır. Avropa idxal olunan enerjidən asılı olduğu üçün, qlobal münaqişələr Avropa istiqraz gəlirliyinin formalaşmasında mühüm rol oynayıb.

Bu niyə baş verir?

Analitiklərin təhlilinə görə, enerji şoku birbaşa Avropa inflyasiyasına, xüsusilə Avrozonaya, təsir göstərə bilər.

Bu necə baş verir?

·    Yaxın Şərqdə gərginlik → neft və qazla bağlı qorxular → inflyasiya gözləntiləri artır → faiz dərəcələri yüksəlir → istiqraz gəlirləri artır

·    Zəif iqtisadi göstəricilər → investorlar daha təhlükəsiz istiqrazlara, məsələn, Almaniya istiqrazlarına yönəlir

Bu səbəbdən enerji bazarları və inflyasiya üzrə tendensiyaları Avropa istiqraz gəlirliyinin növbəti hərəkətini qabaqcadan görmək üçün əsas göstəricilərdir.

Yaponiyanın istiqraz bazarı şoku

Adətən sakit və sabit olan Yaponiyanın istiqraz bazarı birdən kəskin hərəkət etməyə başlayıb. 8 fevral növbədəkənar seçkilərindən əvvəl, Yaponiyanın Dövlət İstiqrazlarının (JGB) gəlirliyi çoxillik maksimuma yüksəlib. Bu böyük dəyişiklikdir, çünki Yaponiyanın onilliklərdir ultra-aşağı faiz dərəcələri ilə tanınıb.

Bu niyə baş verir?

Analitiklərin təhlilinə görə, Yaponiya yüksələn faiz dərəcələri, böyük dövlət borcu və yeni stimullaşdırıcı xərcləmə ilə yeni iqtisadi dövrə daxil olur.

Bu necə baş verir?

  • İnvestorlar BoJ-un (Yaponiya Mərkəzi Bankı) daha yüksək faiz dərəcələri gözləyir → istiqraz qiymətləri düşür → gəlirlik yüksəlir
  • Yüksələn gəlirlik Yapon investorlarını yenidən ölkəyə cəlb edir
  • Yaponiya 5 trilyon dollar dəyərində xarici investisiyaya sahibdir → pul ölkəyə qaytarıla bilər

Goldman Sachs hesab edir ki, JGB gəlirliyində 10 baza bəndi ölçüsündə artım ABŞ gəlirliyini 2–3 baza bəndi qədər yüksəldə bilər, bu da qlobal istiqraz bazarlarının Yaponiya ilə nə qədər sıx bağlı olduğunu göstərir.

Treyderlər üçün növbəti vacib məqamlar

Gələn aylarda treyderlər əsasən istiqraz gəlirliyini hərəkət etdirə biləcək geosiyasi risklərə diqqət yetirməlidir. Yaxın Şərqdə hər hansı bir gərginliyin artması neft tədarükünü pozaraq enerji qiymətlərini yüksəldə, inflyasiya gözləntilərini və qlobal gəlirlikləri sürətlə artırə bilər. ABŞ və Çin arasındakı gərginliklər, xüsusilə Tayvan ətrafında, təhcizat zəncirlərinə təzyiq göstərə və bazar dəyişkənliyini artıra bilər.

Yaponiyanın 8 fevral seçkiləri də başqa bir vacib hadisədir, çünki Yaponiyanın istiqraz gəlirliklərinin artması kapitalın yenidən Yaponiya istiqamətinə axmasına səbəb ola bilər, qlobal likvidliyi azaldaraq digər yerlərdə gəlirliyi yüksəldə bilər. Mərkəzi banklar da həlledici rol oynayacaq: inflyasiya davamlı qaldıqca Fed ehtiyatlı qalacaq, Bank of Japan isə ultra-aşağı faiz siyasətindən uzaqlaşmağa davam edə bilər. Treyderlər həmçinin neft, qızıl və USD/JPY-yə diqqət yetirməlidirlər, çünki bu aktivlər adətən istiqraz bazarının istiqamətini gəlirlik əyrisi reaksiya vermədən əvvəl göstərir.