Fundamental analiz
Bu həftə investorların diqqəti əsas texnologiya şirkətlərinin maliyyə hesabatlarına yönələcək. Çərşənbə günü Alphabet və Microsoft, cümə axşamı isə Amazon öz nəticələrini açıqlayacaq. Bu hesabatlar süni intellektə və bulud hesablama xidmətlərinə tələbatı, eləcə də süni intellekt infrastrukturuna yönəldilən böyük həcmli kapital qoyuluşlarının gözlənilən gəliri doğruldub-doğrultmadığını qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Şirkətlərin gəlir artımı və gələcək xərclərlə bağlı açıqlamaları texnologiya səhmlərinə və Nasdaq 100 indeksinə təsir göstərə bilər.
İnvestorlar həmçinin çərşənbə günü Federal Ehtiyat Sisteminin (Fed) faiz qərarını gözləyirlər. Gözləntilər faiz dərəcələrinin dəyişdirilməyəcəyi istiqamətindədir. Buna görə də Fed-in bəyanatı, inflyasiya ilə bağlı qiymətləndirmələri və gələcək faiz siyasətinə dair verdiyi siqnallar diqqət mərkəzində olacaq. Fed-in mövqeyi istiqraz gəlirliliklərinə və borclanma xərclərinə təsir göstərə bilər. Bunlar isə artım potensialı yüksək olan şirkətlərin və texnologiya səhmlərinin qiymətləndirilməsində mühüm amillərdir.
Texniki analiz
Nasdaq100, Zaman qrafiki: 4H, Mənbə: TradingvieüNasdaq 100 dörd saatlıq qrafikdə daha aşağı zirvələr və daha aşağı diblər formalaşdıraraq eniş trendini qoruyur. Sonuncu enişdən sonra indeks 28 818,26 səviyyəsində qeydə alınmış minimuma yaxın zonada konsolidasiya edir.
Qiymət korreksiya xarakterli yüksəliş nümayiş etdirərək 29 690,07 və 29 794,33 səviyyələrinə doğru hərəkət edə bilər. Fibonacçi korreksiya səviyyələrinə əsasən, bu qiymətlər təklif zonasını formalaşdırır. İndeksin həmin zonadan yenidən aşağı dönərək eniş trendini davam etdirməsi mümkündür. Xüsusilə, fundamental amillər bazar üzərində təzyiqi artırarsa, bu ssenari daha da güclənə bilər. Belə amillərə şirkətlərin zəif maliyyə nəticələri, müsbət nəticələrlə yanaşı gələcək dövrlər üçün mənfi proqnozların açıqlanması və ya Federal Ehtiyat Sisteminin gözlənilmədən daha sərt pul siyasətinə keçməsi daxildir.
Yüksəliş ssenarisinin reallaşması üçün qiymət 29 927,43 səviyyəsini yuxarı istiqamətdə qırmalı və əvvəlki zirvədən daha yüksək zirvə formalaşdırmalıdır. Bu, bazar strukturunun enişdən yüksəlişə keçidinə işarə edə və indeksin yüksəlişini davam etdirməsi üçün zəmin yarada bilər.


-1793104056.webp)
-(1)-1792146103.webp)