Maliyyə bazarları AMD-nin 2026-cı ilin II rüb üzrə maliyyə hesabatını səbirsizliklə gözləyir. Hesabat ABŞ fond bazarı bağlandıqdan sonra açıqlanacaq.
Son rüblərdə AMD analitiklərin həm gəlir, həm də səhm başına mənfəət (EPS) proqnozlarını mütəmadi olaraq üstələyib. Bu da şirkətin səhmlərinin 2026-cı ilin əvvəlindən etibarən 125%-dən çox bahalaşmasına səbəb olub.
Hazırda AMD süni intellekt sahəsində aparıcı şirkətlərdən biri hesab olunur. Şirkətin inkişaf etdirdiyi yeni AI prosessorları və ilin sonuna qədər OpenAI tərəfindən istifadə ediləcəyi gözlənilən Helios platforması buna əsas səbəblərdəndir.
AMD-nin Maliyyə Niyə Hesabatı Vacibdir?
AMD-nin maliyyə nəticələri texnologiya şirkətlərinin süni intellektə yatırdığı böyük investisiyaların real gəlir gətirib-gətirmədiyini göstərən əsas göstəricilərdən biridir.
Süni intellekt infrastrukturu və data mərkəzlərinə yatırımlar sürətlə artır. Buna görə də investorlar AMD-nin nəticələrini diqqətlə izləyirlər.
Bu hesabat həm də xüsusi əhəmiyyət daşıyır. Çünki AMD səhmləri iyul ayında 2022-ci ilin sentyabrından bəri ən zəif aylıq nəticəsini göstərib. Bu səbəbdən yeni hesabat səhmlərin uzunmüddətli yüksəliş trendinin davam edib-etməyəcəyini müəyyən edə bilər.
AMD Üzrə Gözləntilər
Analitiklərin proqnozları:
- Gəlir: 11.29 milyard ABŞ dolları (əvvəlki rübdə 11.25 milyard dollar)
- Səhm başına mənfəət (EPS): 1.61 ABŞ dolları (əvvəlki rübdə 1.37 dollar)
Əgər AMD yenidən proqnozları üstələsə, bu, səhmlərin yüksəlişini davam etdirə bilər.
AMD Süni İntellekt Sahəsində Necə Rəqabət Aparır?
AMD hesab edir ki, süni intellekt sistemlərinin performansını yalnız qrafik prosessoru (GPU) ilə qiymətləndirmək düzgün deyil.
Şirkətin fikrincə, ümumi məhsuldarlıq aşağıdakı komponentlərin birlikdə işləməsindən asılıdır:
- Mərkəzi Prosessor (CPU)
- Qrafik Prosessor (GPU)
- Birləşdirilmiş yaddaş sistemi (Unified Memory)
AMD-nin daxili testlərinə əsasən yeni platforma:
- Tapşırıqların idarə edilməsini 34% sürətləndirib;
- Ümumi iş prosesini 15% daha sürətli tamamlayıb;
- Hər tamamlanmış tapşırığın xərcini 27% azaldıb.
Bu nəticələr göstərir ki, AMD yalnız daha güclü qrafik prosessorları deyil, bütöv süni intellekt platformaları hazırlamağa üstünlük verir.
Helios – AMD-nin Yeni Nəsil AI Platforması
Helios platforması AMD-nin 2026-cı ildə təqdim edəcəyi ən vacib məhsullardan biridir.
Şirkət bildirib ki, istehsal artıq tam gücü ilə davam edir.
İlk kommersiya göndərişlərinin üçüncü rübün sonuna yaxın başlaması, dördüncü rübdə isə daha da sürətlənməsi gözlənilir.
AMD-nin baş icraçı direktoru Lisa Su Helios platformasını: "Dünyanın ən yaxşı süni intellekt sistemi" kimi xarakterizə edib.
Maliyyə Hesabatından Sonra AMD Səhmləri Bahalaşa Bilərmi?
Tarix göstərir ki, AMD səhmləri rüblük hesabatlardan sonra ciddi qiymət dəyişiklikləri yaşayır.
Məsələn, 2026-cı ilin I rüb hesabatından sonra şirkətin səhmləri 70%-dən çox yüksəlmişdi.
Bu dəfə də səhmlərin istiqaməti əsasən aşağıdakı amillərdən asılı olacaq:
- Gəlirin artım tempi;
- Səhm başına mənfəət (EPS);
- AI prosessorlarına olan tələb;
- Rəhbərliyin növbəti rüblərlə bağlı proqnozları;
- Helios platformasının istehsalının genişləndirilməsi.
Texniki Analiz

AMD (1 günlük qrafik): Hesabat öncəsi korreksiya davam edir
AMD aprel–iyun aylarında yaşadığı güclü yüksəlişdən sonra hazırda konsolidasiya mərhələsindədir. Qiymət hərəkətində ardıcıl olaraq daha aşağı zirvələr formalaşıb və bu da enən trend xəttini qoruyub saxlayır.
500 dollar əsas müqavimət səviyyəsidir
500 ABŞ dolları səviyyəsi hələ də əsas müqavimət zonası olaraq qalır. Hazırda qiymət təxminən 485 dollar ətrafında ticarət olunur və həm trend xəttinin, həm də müqavimət zonasının altında qalır. Son yüksəliş cəhdləri məhz bu bölgədə dayanıb.
Trend xətti və müqavimət üst-üstə düşür
Enən trend xətti 500–520 dollar aralığı ilə kəsişir. Bu isə həmin zonanı daha güclü texniki müqavimətə çevirir və alıcılar üçün əsas maneə hesab olunur.
440 dollar dəstək səviyyəsi qorunur
440 dollar ətrafındakı dəstək zonası son korreksiya zamanı bir neçə dəfə alıcıların bazara daxil olduğu səviyyə olub. Son artım da məhz bu bölgədən başlayıb. Bu isə qiymətin hələ də dəstək və müqavimət arasında hərəkət etdiyini göstərir.
Uzunmüddətli trend hələ də müsbətdir
Hazırda AMD səhmləri 100 günlük hərəkətli ortalamanın (təxminən 402 dollar) üzərində ticarət olunur. Bu göstərici uzunmüddətli yüksəliş trendinin hələ də qüvvədə qaldığını göstərir.
RSI göstəricisi
RSI hazırda 47 səviyyəsindədir. İndikator son minimumlardan yüksəlsə də, hələ də neytral sayılan 50 səviyyəsinin altındadır. Bu isə satış təzyiqinin zəiflədiyini göstərsə də, alıcıların bazara tam nəzarəti ələ almadığını göstərir.

